Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Avstraliya ABC şəbəkəsi öz reportajında yazıb ki, İran İslam Respublikasının mərhum Lideri ilə vida mərasimi şənbə günü səhər Tehranda İmam Xomeyni (r) Böyük Müsəllasında başlayıb.
İranın şəhid Liderinin cənazəsi mərasimdən bir gün əvvəl bu məkana gətirilmişdi və səhərin ilk saatlarından etibarən geniş kütlələr bu bir neçə günlük vida və dəfn mərasimində iştirak etmək üçün həmin əraziyə axın edib.
Reportaja əsasən, Tehranda günəşin doğması ilə birlikdə qara geyimli minlərlə qadın və kişi paytaxtın əsas yolları ilə mərasimin keçirildiyi məkana doğru hərəkət edib. Təhlükəsizlik qüvvələri beton maneələr quraraq və yol məhdudiyyətləri tətbiq edərək müsəllaya aparan yolları bir neçə kilometr məsafəyədək bağlayıb.
Avstraliya mediasının yazdığına görə, iştirakçıların bir qismi İran İslam Respublikasının bayraqlarını, digər bir qrup isə İranın şəhid Liderinin və onun varisi Ayətullah Müctəba Xameneinin şəkillərini daşıyıb. Həmçinin bəzi iştirakçılar İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər.
Tehran sakini Mərziyə ABC-yə müsahibəsində deyib: Cənab Əli Xamenei ölkəmizin ən mühüm vətəndaşı idi; çünki o, ən vətənpərvər iranlı idi. O, təkcə bizim üçün deyil, bütün dünya üçün önəmli idi. Əziz Xameneinin təkcə itirən biz deyil, dünya onu itirdi.
Bu media həmçinin mərasim məkanına aparan küçələrdə hökm sürən atmosferi “müqavimət və qətiyyət ruhu” kimi təsvir edib.
Sizin rəyiniz