Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Silahlı Qüvvələrinin Qərbi Asiyadakı Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti təcavüzü və atəşkəsin pozulmasını bir daha təsdiqləyərək, qüvvələrinin İrana qarşı əlavə hücumlar həyata keçirdiyini açıqlayıb.
CENTCOM şənbə günü axşam yerli vaxtla yaydığı bəyanatda bildirib:
«ABŞ Mərkəzi Komandanlığının qüvvələri iyunun 27-də, Ali Baş Komandanın (Donald Trampın) göstərişi ilə İranda bir neçə hədəfə qarşı əlavə zərbələr endirib.»
CENTCOM iddia edib: ABŞ-nin ötən gün İranın M/V Ever Lovely gəmisinə hücumuna cavab olaraq həyata keçirdiyi zərbələrdən sonra, İrana atəşkəs razılaşmasına əməl etməsi üçün imkan verilib.
ABŞ Mərkəzi Komandanlığı daha sonra iddia edib ki, İran bu imkanı rədd edərək, bu gün Şərq vaxtı ilə saat 04:30-da Hörmüz boğazı yaxınlığında 2 milyondan çox barel xam neft daşıyan Panama bayrağı altında üzən M/T Kiku neft tankerinə kamikadze pilotsuz uçuş aparatı ilə hücum edib.
Sizin rəyiniz