30 iyun 2026 - 12:11
Source: IRNA
Bəqayi: İran İsrail rejiminin Livandan geri çəkilməsi üçün vaxt cədvəlinin müəyyən edilməsini tələb edir

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın 17 iyun 2026-cı il tarixində “məcburi müharibənin dayandırılması üzrə anlaşma memorandumunun” birinci bəndinə uyğun olaraq götürdüyü açıq öhdəliyi xatırladaraq bildirib:

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası ABŞ-nin İsrail rejimini Livanın bütün ərazilərinə qarşı hər cür təcavüz və hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün bütün zəruri tədbirləri görməsinin vacibliyini vurğulayır və işğal olunmuş Livan ərazilərindən qeyd-şərtsiz geri çəkilmə üçün ən qısa zamanda vaxt cədvəlinin müəyyən edilməsini tələb edir.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün, bazar günü (28 iyin), jurnalistlərin İsrail rejimi ilə Livan arasında Vaşinqtonda ABŞ vasitəçiliyi ilə imzalanmış razılaşma və Livanda müharibənin dayandırılması ilə bağlı İran–ABŞ anlaşma memorandumunun birinci bəndinin icrasının son vəziyyəti barədə suallarına cavab olaraq bildirib:

İran İslam Respublikası BMT Nizamnaməsi və beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun olaraq öz prinsipial siyasəti çərçivəsində Livanın milli suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, eləcə də Livan xalqının bütün təbəqələrinin izzət və təhlükəsizliyinin təmin edilməsini vurğulayır və bunu İsrail rejiminin Livana qarşı işğal və müharibəsinin dayandırılması ilə bağlı hər bir razılaşmanın davamlılığı üçün əsas şərt hesab edir.

O əlavə edib: İran həm 8 aprel tarixli atəşkəs anlaşmasında, həm də 17 iyun 2026-cı il tarixli müharibənin dayandırılması memorandumunda İsrail rejiminin Livanda hərbi əməliyyatlarının və müharibənin sona çatmasını İran əleyhinə müharibənin dayandırılması ilə eyni səviyyədə əsas tələb kimi irəli sürüb və bu öhdəliklərin icrasını indiyədək ardıcıl şəkildə izləyib.

Bəqayi vurğulayıb: Müharibənin dayandırılması üzrə memorandumun birinci bəndinin tam icrası, yəni İsrail rejiminin Livana qarşı hərbi əməliyyatlarının dayandırılması və bütün işğal olunmuş ərazilərdən çıxması, bölgədə sabitliyin təmin olunması üçün davamlı və yekun razılaşmanın əldə edilməsinin zəruri şərtidir.

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-nin 17 iyun 2026-cı il tarixli memorandumun birinci bəndinə uyğun olaraq açıq öhdəliyini xatırladaraq qeyd edib:

“İran İslam Respublikası ABŞ-nin İsrail rejimini Livana qarşı bütün təcavüz və hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün zəruri tədbirləri görməsini tələb edir və işğal olunmuş Livan ərazilərindən qeyd-şərtsiz geri çəkilmə üçün ən qısa zamanda vaxt cədvəlinin müəyyən edilməsində israr edir.

Sizin rəyiniz

You are replying to: .
captcha