30 iyun 2026 - 12:05
Source: IRNA
İmam Seyyid Müctəba Xamenei: İrana qarşı ikinci və üçüncü məcburi müharibənin cinayətkarları cəzalandırılmalıdırlar

İmam Xamenei: “İrana qarşı ikinci və üçüncü məcburi müharibənin məzlum şəhidlərinin qanından, Minab və Lamərddə törədilmiş misli görünməmiş uşaq qətliamları və ... bir neçə günlük körpələrin qətlə yetirilməsindən əziz qocaların öldürülməsinədək, bütün bunların başında isə misilsiz şəxsiyyət, bənzəri olmayan inci, dövrün yeganə böyük mücahid Rəhbərin (məqamı uca olsun) şəhid edilməsinə görə cinayətkarlar yaxalanmalı və törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzaya çatdırılmalıdırlar.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Məhkəmə Hakimiyyəti Həftəsi və Ayətullah Behişti ilə silahdaşlarının şəhadətinin ildönümü münasibətilə yayımladığı müraciətdə əsas məqamları belə bəyan edib:

Hüseyni hərəkatı və qiyamı haqqın bərqərar edilməsi, ümmətin islahı, zülm və haqsızlıqla mübarizə naminə haqqla-batilin, ədalətlə-zülmün qarşıdurmasının tarixdəki ən uca zirvəsidir və dünyanın bütün azad insanları üçün son dərəcə dəyərli və unudulmaz dərslər ehtiva edir.

İmam Hüseynin (ə) qanı “Allahın qanı” adlandırılır; bu qan aləmin damarlarında axaraq həyat bəxş edən qəhrəmanlıqlar yaradır. İran İslam İnqilabı da həmin nurani qaynaqdan qaynaqlandığı üçün daim İmam Hüseyn Qiyamının məqsədlərinə çatmağa çalışmalıdır.

İran İslam Respublikası sistemində Məhkəmə Hakimiyyətinin məqamı xalqın hüquqlarını qorumaq, ümumi hüquqları və qanuni azadlıqları bərpa etmək, korrupsiya ilə mübarizə aparmaq, ədaləti həyata keçirmək, ilahi hökmləri icra etmək və qanunun tətbiqinə nəzarət etməkdir. Bu yolda uğurun nəticəsi İlahi razılığı qazanmaqla yanaşı, xalqın dövlətin bu mühüm sütununa etimadını da möhkəmləndirəcək.

Hazırkı mərhələdə bütün İran xalqına aid ən mühüm hüquqi və məhkəmə məsələlərindən biri beynəlxalq cinayətkarların, təkəbbürlü qüvvələrin və dünya təcavüzkarlarının, xüsusilə 2025 və 2026-cı illərdə törətdikləri cinayətlər nəticəsində xalqın tapdalanmış hüquqlarının təqib edilməsi və bərpa olunmasıdır.

İrana qarşı ikinci və üçüncü məcburi müharibənin məzlum şəhidlərinin qanından, əziz ölkəmizə və İranın məzlum xalqının hər bir fərdinə ölkə daxilində, hətta ölkə xaricində vurulmuş fiziki, psixoloji, maddi və mənəvi zərərlərdən; Minab və Lamərddə törədilmiş misli görünməmiş uşaq qətliamları və hərbi cinayətlərdən, müalicə və xidmət mərkəzlərinə hücumlara; bir neçə günlük körpələrin qətlə yetirilməsindən əziz qocaların öldürülməsinədək və bütün bunların başında misilsiz şəxsiyyət, bənzəri olmayan inci, dövrün yeganə böyük mücahid Rəhbərinin (məqamı uca olsun) şəhid edilməsinədək hər bir hadisə yüzlərlə, hətta minlərlə mühüm hüquqi işdən ibarət dosye təşkil edir və bunlar daxili və beynəlxalq məhkəmə orqanlarında ciddi şəkildə araşdırılmalıdır. Şübhəsiz ki, cinayətkarlar yaxalanmalı və törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəzaya çatdırılmalıdırlar.

Bu məsələdə mühüm məqamlardan biri də odur ki, Amerika və sionist düşmənin bəzi rəhbərlərinin bu cinayətləri etiraf etməsi, hətta həyasızcasına bununla fəxr etməsi, şübhəsiz ki, cinayətin etirafı hesab olunur və xalqın tapdalanmış hüquqlarının bərpası üçün münasib hüquqi zəmin yaradıb.

Digər mühüm məsələ isə ondan ibarətdir ki, ötən ilin iyun ayında məhkəmə məsul şəxsləri ilə son görüşdə İnqilabın şəhid Rəhbərinin ikinci məcburi müharibədə törədilmiş cinayətlərin araşdırılması ilə bağlı verdiyi göstərişin icrası, bu prosesin üçüncü məcburi müharibəyə də şamil edilməsini, yekun hökm çıxarılanadək və həmin hökmün icrası səlahiyyətli şəxslərə həvalə olunanadək davamlı şəkildə izlənilməsini zəruri edir. Bu addım öz növbəsində gələcəkdə belə cinayətlərin təkrarlanmasının qarşısını alacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha