19 iyun 2026 - 13:45
Source: IRNA
İmam Müctəba Xameneinin İran və ABŞ prezidentləri arasında razılaşma memorandumu ilə bağlı İran xalqına mesajı

Ümüdünya Müsəlmanlarının Ali Lideri, İslam İnqilabının Rəhbəri İran və ABŞ prezidentləri arasında imzalanmış razılaşma memorandumu ilə bağlı İran xalqına mesaj yayımlayıb.

Ümüdünya Müsəlmanlarının Ali Lideri, İmam Zaman (əccəlləllahu təala fərəcəh) həzrətlərinin Haqq Naibi, İslam İnqilabı Lideri İran və ABŞ prezidentləri arasında Anlaşma Memorandumu ilə bağlı İran xalqına müraciət ediblər.

Bu müraciətin tam mətninin saytımızın izləyicilərinə təqdim edirik:

Bağışlayan və Mehriban Allahın adı ilə

İranın şövqlü və vəfalı xalqı

Sizə məlumat verildiyi kimi, İran və ABŞ prezidentləri arasında anlaşma memorandumu imzalanmışdır. Bu mərhələyə çatmaq yolunda hakimiyyət orqanları ürəyiyananlıq və xoşməramlılıqla çox səy göstərmiş və təbii ki, çarəsizlikdən bu məqsədlə müxtəlif vasitələrdən istifadə edən Amerika Birləşmiş Ştatları Prezidenti olmuşdur.

Prinsipcə, mənim fərqli fikrim var idi, amma hörmətli Prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri və digər üzvlər kimi mənə İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaq üçün verdiyi öhdəlik və onlar bunun üçün məsuliyyəti öz üzərlərinə götürəcəklərini açıq şəkildə bildirdikləri üçün icazə verdim. Onlar həmçinin açıq şəkildə bildiriblər ki, əgər Amerika tərəfi çox tələbkar olmaq istəyirsə, buna qatlanmayacaqlar. Bu andan etibarən biz, yəni siz, başı uca millət və bu əhəmiyyətsiz bəndə, göstərilən şərtlərin yerinə yetirilməsini gözləyəcəyik. Lakin, gələcəkdə keçiriləcək üzbəüz danışıqların düşmənin fikrini qəbul etmək demək olmadığı aydındır. Ümid edirik ki, Allah İmam Zamanın (əc) xeyirli duaları ilə şərəfli İran xalqına hər cür qələbə və fəthlər nəsib etsin.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

Seyyid Müctəba Hüseyni Xamenei

18 iyun 2026-cı il

Sizin rəyiniz

You are replying to: .
captcha