Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan parlamentində “Müqavimətə Sədaqət” fraksiyasının rəhbəri, İran və ABŞ arasında əldə olunmuş razılaşma sənədinə istinad edərək, ölkə hökumətini xəbərdar edib ki, İsrail rejiminin Livan ərazisindən tam şəkildə geri çəkilməsi üçün 2 ay vaxtı var və bu müddətdən hər hansı yayınma Tehranın cavabı ilə qarşılanacaq.
Məhəmməd Rəd həmçinin vurğulayıb ki, müqavimət heç vaxt düşmən qarşısında təslim olmayacaq və İsrail rejimi ilə hər hansı razılaşma yalnız dolayı danışıqlar yolu ilə, Livanın milli və hüquqi prinsiplərinə riayət olunmaqla həyata keçirilməlidir.
Parlament üzvü və Livan parlamentində “Müqavimətə Sədaqət” fraksiyasının rəhbəri ölkə rəsmilərini İran və ABŞ arasında imzalanmış razılaşma memorandumunun mətnini diqqətlə və neytral şəkildə oxumağa, eləcə də regionun və dünyanın reallığına, o cümlədən Livana ciddi təsir göstərə biləcək həqiqətləri və nəticələri çıxarmağa çağırıb.
Sizin rəyiniz