Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin cari gündə apardığı diplomatik məsləhətləşmələr Fransa xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışığı ilə davam edib.
Ölkəmizin xarici işlər naziri bu telefon danışığında İslamabad anlaşma memorandumunun müddəalarına toxunaraq, Amerika Birləşmiş Ştatlarının müharibəyə son qoyulması və bütün cəbhələrdə, o cümlədən Livanda qarşıdurmaların dayandırılması üçün təsirli rol oynaması məsuliyyətini vurğulayıb.
Fransa xarici işlər naziri də Parisin diplomatik prosesə və əldə olunmuş anlaşma memorandumuna tam dəstəyini elan edib və bu fürsətdən sülhün, sabitliyin və regionda davamlı təhlükəsizliyin gücləndirilməsi üçün istifadə edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin Hörmüz boğazında beynəlxalq hüquqa uyğun təhlükəsiz hərəkət və gəmiçiliyin əhəmiyyətini vurğulayaraq, bu strateji su yolunda təhlükəsizlik və sabitliyin qorunmasını beynəlxalq sülh və ticarət üçün zəruri hesab ediblər.
Sizin rəyiniz