13 iyun 2026 - 18:47
Source: IRNA
Ədliyyə sisteminin rəhbəri: Hələ də İran xalqının qeyrətini anlamayıblar / Qərbi Asiyartıq əvvəlki vəziyyətə qayıtmayacaq

İİR Ədliyyə sisteminin rəhbəri vurğulayıb ki, hər kəs bilməlidir ki, müsəlman iranlı üçün vətənin müdafiəsi təkcə ərazinin qorunması deyil, həm də şərəfin, kimliyin və sivilizasiya irsinin müdafiəsidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ədliyyə sisteminin rəhbəri Höccətülislam vəl-müslimin Qulamhüseyn Möhseni-Ejei sosial şəbəkə hesabında  yazaraq bildirib: ABŞ və onun “layiqsiz” prezidenti bilməlidir ki, Qərbi Asiyada strateji və təhlükəsizlik balansı artıq əvvəlki vəziyyətə qayıtmayacaq və İran İslam Respublikası regionda ABŞ-nin mövcudluğuna son qoyacaq.

Qulamhüseyn Möhseni-Ejei vurğulayıb: İşğalçı ABŞ ötən gecə ölkəmizin bir sıra nöqtələrinə hücum etdi. İran İslam Respublikasının silahlı qüvvələri bu təcavüzə dərhal cavab verdi.

O qeyd edib: ABŞ rəhbərliyinin, xüsusilə də onların “alçaq və dəyərsiz” prezidenti ilə bağlı əsas problem hələ də iranlıların qeyrət və milli ruhunun mahiyyətini anlamamalarıdır.

İİR Ədliyyə sisteminin rəhbəri vurğulayıb ki, hər kəs bilməlidir ki, müsəlman iranlı üçün vətənin müdafiəsi təkcə ərazinin qorunması deyil, həm də şərəfin, kimliyin və sivilizasiya irsinin müdafiəsidir.

Sizin rəyiniz

You are replying to: .
captcha