Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sepah komandiri, General-mayor Əli Abdullahi cümə axşamı axşamı Dezfulda keçirilən şəhid general-leytenant Qulaməli Rəşid və onun oğlu Əmin Abbas Rəşidin şəhadətinin birinci ildönümü mərasiminə göndərdiyi müraciətdə yazıb:
“Misilsiz strateq, Müqəddəs Müdafiənin görkəmli nəzəriyyəçisi, fəxrli sərkərdə, şəhid general-leytenant Qulaməli Rəşidin – Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının şəhid komandanının – məzlum və şərəfli şəhadətinin birinci ildönümü münasibətilə bu hadisəni İmam Məhdi (əc) həzrətlərinin müqəddəs hüzuruna, İslam İnqilabının rəhbəri Seyid Müctəba Hüseyni Xameneiyə, onun ailəsinə, silahlı qüvvələrin igid və vəfalı komandir və döyüşçülərinə, eləcə də İran İslam xalqına başsağlığı deyir və təbrik edirəm.”
Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı müraciətində vurğulayıb:
“Onun şəhid edilməsinin sionist rejim tərəfindən, ABŞ terrorçu hökumətinin dəstəyi ilə həyata keçirilməsi həmin böyük sərkərdənin ölkənin müdafiə məqsədlərinin irəlilədilməsində oynadığı mühüm rolu açıq şəkildə göstərir. Bu əziz şəhidin ilk ildönümündə onunla əhd bağlayırıq ki, yolunu qüdrət və qətiyyətlə davam etdirəcəyik.”
Müraciətdə daha sonra deyilir:
“Alçaq və vəhşi düşmən düşünürdü ki, İranın hərbi düşüncə mərkəzlərini fiziki olaraq aradan qaldırmaqla ölkənin müdafiə iradəsinə zərbə vura biləcək. Lakin o, bilmirdi ki, şəhid Rəşid gələcək nəsillərin istiqamətləndirilməsi üçün zəngin bilik, təcrübə və strateji təfəkkür mirası qoyub. Bu gün silahlı qüvvələrin igid komandirləri həmin yol xəritəsinə söykənərək düşmənin mürəkkəb hibrid və idrak müharibəsinə qarşı mübarizəni ağıllı şəkildə idarə edir, ölkənin quru, hava və dəniz sərhədlərində xidmət edən bütün müdafiəçilər isə “Biz bacararıq” ruhiyyəsi və yerli, müasir texnologiyalar hesabına fəal çəkindirmə və milli qüdrətin simvoluna çevriliblər.”
Müraciətin davamında qeyd olunur:
“Şübhəsiz ki, İran İslam Respublikasının sadiq və qədirbilən xalqı, xüsusilə şəhid general-leytenant Qulaməli Rəşidin yolu və irsindən ilham alaraq, İslam İnqilabının rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin rəhbərliyi altında həmişə olduğu kimi möhkəm dayanacaq və düşmənlərin təhdidləri qarşısında silahlı qüvvələrin etibarlı dayağı olacaq. Xüsusilə ABŞ–sionist qüvvələrin tətbiq etdiyi üçüncü müharibənin həssas şəraitində də belə olacaq. İlahi lütflə dünya yaxın zamanda İranın və iranlıların qələbə sədasını, müqavimətin təcavüzkar və terrorçu düşmən üzərində qələbəsini eşidəcək.”
Sizin rəyiniz