Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Albaniya Baş nazirinin kiberməkanda İrana qarşı dəfələrlə yağdırdığı ittihamlarına cavab olaraq X sosial şəbəkəsində Albaniyadakı ictimai etirazların videosunu paylaşaraq yazıb:
Sakit olun, cənab Baş nazir!
Bunu siz başlatmısınız; ona görə də nəticələrini qəbul edin. Zəngin tarixə malik mədəni bir millət olaraq xalqınızın anlayışına və zəkasına hörmət etmək daha yaxşıdır. Onlar doğrunu yanlışdan ayırd etmək üçün kifayət qədər ağıllı və anlayışlıdırlar. Milli suverenliyinizi satmaq istəyirsinizsə, bu sizə bağlıdır. Bunu bizə izah etməyə ehtiyac yoxdur. Amma öz ictimai rəyinizin etirazları və qəzəbi ilə qarşılaşdığınız zaman məsuliyyətdən yayınmaq üçün başqalarından istifadə etməyin. İrana qarşı təkrarlanan və əsassız ittihamlarla dolu uzun bir broşür yazmaq əvəzinə, öz xalqınızın küçələrdə səsləndirdiyi şüarları dinləmək üçün bir an ayırın:
"Biz korrupsiyaya qarşıyıq"
"Biz ədalət tələb edirik"
"Rama get".
Sizin rəyiniz