Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu-SEPAH-ın Aerokosmik Qüvvələri bir neçə saat əvvəl sionist rejiminin İranın neft-kimya sənayesindən birinə etdiyi hücumuna cavab olaraq raket hücumunu həyata keçirdiyini açıqladı. İİKK həmçinin xəbərdarlıq etdi ki, mülki hədəflərə qarşı hücum etməklə və neft sənayesini hədəf almaqla sionist düşmən "bölgədəki bütün enerji hədəflərini əhatə edəcək təhlükəli bir oyuna başlayıb". Sionistlərin qlobal iqtisadiyyat üçün başlatdığı bu təhlükəli oyunun nəticələri əsas yanğın törədən ABŞ-ın üzərinə düşür.
Sizin rəyiniz