1 iyun 2026 - 20:38
Source: IRNA
General Şikarçi təhdid etdi: Livanda cinayətlərin davam etməsi dözülməz olacaq

İran Silahlı Qüvvələrinin baş sözçüsü sionist rejimin rəhbərliyinə müraciət edərək bildirib: Livanda cinayətlərin davam etməsi İran Silahlı Qüvvələri üçün dözülməz olacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Silahlı Qüvvələrinin baş sözçüsü General Əbülfəzl Şikarçi 1 iyun (bazar ertəsi) günü verdiyi açıqlamada sionist rejimin Livandakı hücumlarına münasibət bildirib.

O, qeyd edərək deyib: İşğalçı və uşaq qatil sionist rejim atəşkəs rejimindən sui-istifadə etməklə Livanın ərazisinə açıq şəkildə təcavüz edərək 3 mindən çox günahsız insanı, o cümlədən qadın və uşaqları qanına qəltan edib. Bu vaxt Qərb ölkələrinin rəhbərləri ya susmağı, ya da bu qeyri-insani cinayətləri dəstəkləməyi seçiblər.”

O, əlavə edib: Qaniçən sionist rejimin rəhbərlərinə və onun himayədarlarına xəbərdarlıq edilir ki, Livana qarşı vəhşi cinayətlərin davam etməsi İran İslam Respublikasının Silahlı Qüvvələri üçün dözülməz olacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha