Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin Hörmüz boğazı ilə bağlı ritorikasına və İranı dünya enerji bazarında pozuculuqda ittiham etmələrinə cavab olaraq “X” sosial şəbəkəsində yazıb:
“Görünür, onların İrana qarşı qeyri-qanuni seçilmiş müharibəni əsaslandırmaq üçün növbəti böyük yalanı qlobal enerji bazarında sülh və sabitliyin qorunması iddiasıdır. Lakin real dünyada inkişaf edən diplomatik prosesləri məhv edən ABŞ və İsrail rejimlərinin məsuliyyətsiz müharibə qızışdırıcılığı oldu və İrana qarşı səbəbsiz hərbi təcavüz həyati enerji marşrutlarının təhlükəsizliyini pozdu. İndi isə "öz törətdiyin əməli başqasının üzərinə at" prinsipi ilə İranı enerji bazarını qeyri-sabitləşdirməkdə ittiham edirlər!”
Bəqayi əlavə edib: “Bu, onların bəlli və uğursuz modelidir: əvvəlcə böhran və müharibə yaradır, sonra isə sabitliyin bərpası və sülhün müdafiəsi iddiası ilə müharibənin alovunu genişləndirirlər. Roma tarixçisi Tatsit təxminən 2000 il əvvəl Aqrikolada Roma imperiyasının tənqidçilərinin dilindən yazırdı: ‘Viranəlik yaradırlar və onun adını sülh qoyurlar.’”
Sizin rəyiniz