13 may 2026 - 17:56
Source: IRNA
Şeyx Nəim Qasim: Meydanı İsrail üçün cəhənnəmə çevirəcəyik

Hizbullahın baş katibi Şeyx Nəim Qasim müqavimətin silahının Livanın daxili məsələsi olduğunu bildirərək vurğulayıb ki, müqavimət meydanı tərk etməyəcək və onu sionist rejim üçün cəhənnəmə çevirəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Hizbullah və İslam müqavimətinin mücahidlərinə müraciətində vurğulayıb: Sizin pilotsuz uçuş aparatlarınız işğalçı İsraili və dünyanın ən şər qüvvələrini qorxuya salıb.

O, Hizbullahın tərkisilah edilməsini istəyən düşmən ünsürlərinə cavab olaraq bildirib ki, müqavimətin silahı Livanın daxili məsələsidir və heç bir danışıqların mövzusu olmayacaq.

Şeyx Nəim Qasim bir daha vurğulayıb: Nə baş əyəcəyik, nə də təslim olacağıq və Livanı və onun xalqını müdafiə etməyə davam edəcəyik. Nə qədər zaman çəksə və nə qədər itki versək belə, bunun bədəli təslim olmaqdan daha azdır.

Livan Hizbullahının baş katibi vurğulayıb: Meydanı tərk etməyəcəyik və onu düşmən üçün cəhənnəmə çevirəcəyik, təcavüzlərə cavab verəcəyik və 2 martdan əvvəlki vəziyyətə qayıtmayacağıq.

Sizin rəyiniz

You are replying to: .
captcha