30 aprel 2026 - 16:31
Source: IRNA
İİR Müdafiə Nazirinin Müavini: ABŞ üzərində qələbə təcrübəmizi Şanxay Təşkilatı ilə bölüşməyə hazırıq

İİR Müdafiə Nazirinin Müavini: ABŞ üzərində qələbə təcrübəmizi Şanxay Təşkilatı ilə bölüşməyə hazırıq

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Müdafiə Nazirliyinin müavini və sözçüsü bildirib ki, İran öz müdafiə və silah imkanlarını müstəqil ölkələrlə, xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə bölüşməyə hazırdır və ABŞ üzərində qələbə təcrübəsini də təşkilat üzvlərinin istifadəsinə təqdim edə bilər.

General-mayor SEPAH zabiti Rza Təlayi-Nik 2026-cı il 28 aprel tarixində Qırğızıstana səfəri zamanı qeyd edib ki, İran Silahlı Qüvvələrinin güclü xəttinin davamlılığı və İran xalqının beynəlxalq səviyyədə nümayiş etdirdiyi müqavimət, qlobal proseslərdə mühüm rol oynayır.

O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı geniş coğrafiyası və böyük əhali potensialı ilə təkqütblü ədalətsiz sistemdən çoxqütblü dünya nizamına keçid istəyinin real təzahürüdür.

Təlayi-Nik Bişkekə gəldikdən dərhal sonra Qırğızıstan, Rusiya, Pakistan və Belarusun müdafiə nazirləri ilə ayrı-ayrı görüşlər keçirərək vurğulayıb: ABŞ artıq müstəqil xalqlara öz siyasətini diktə edəcək mövqedə deyil. Onun sözlərinə görə, İran xalqının və Silahlı Qüvvələrinin müqaviməti bu reallığı dünyaya nümayiş etdirib və ABŞ qeyri-qanuni və əsassız tələblərindən geri çəkilməyə məcbur olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha