Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Goldman Sachs", ABŞ-nin çoxmillətli bankı, hazırda proqnozlaşdırır ki, Şimal dənizi Brent markalı xam neftin hər bareli cari ilin son rübündə təxminən 90 dollar səviyyəsində ticarət olunacaq.
Xatırladaq ki, "Goldman Sachs" bundan əvvəl bu rəqəm təxminən 80 dollar qiymətləndirilirdi.
ABŞ-nin çoxmillətli bankı, hesabatında bildirib ki, Fars körfəzində gündəlik 14,5 milyon barel neft hasilatı itirilib və bu məsələ qlobal neft ehtiyatlarının gündəlik 11–12 milyon barel həcmində, görünməmiş səviyyədə azalmasına səbəb olub.
Sizin rəyiniz