Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Hizbullah hərəkatı, atəşkəsin pozulmasına cavab olaraq və sionist rejimin mövqelərinə qarşı qisas hücumlarını davam etdirərək, bu rejimin mövqelərini və hərbçilərinin toplaşdığı əraziləri hədəfə alıb.
Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, Xiyam şəhərinin cənubu yaxınlığında yerləşən sionist ordu avtomobillərinin və hərbçilərinin toplaşdığı nöqtəyə hücum ediblər.
Hizbullahın bəyanatında belə deyilir:
Livanı və xalqını müdafiə etmək məqsədilə, həmçinin düşmənin atəşkəs razılaşmasını pozmasına və Livanın cənub kəndlərinə onun davamlı hücumlarına cavab olaraq — baxmayaraq ki, müqavimət atəşkəsə sadiq qalmışdı — İslam Müqavimətinin döyüşçüləri Xiyam şəhərinin cənubunda yerləşən əl-Həmaməs təpəsində sionist hərbçilərinin və hərbi avtomobillərinin toplaşdığı mövqeni raket atəşinə tutublar.
Sizin rəyiniz