13 aprel 2026 - 18:36
İŞİD terror ünsürləri Kveytada Şiə Həzara xalqına terror hücumun məsuliyyətini öz üzərinə götürüb

İŞİD terror qruplaşması bazar günü Kveytanın Hazarganji bölgəsində yaşayan Şiə Həzara vətəndaşlarına qarşı silahlı hücumun məsuliyyətini öz üzərinə götürərək rəsmi bəyanat yayıb. Hücum nəticəsində ən azı dörd günahsız Şiə şəhid olub, bir neçə nəfər yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın yaratdığı İŞİD terror qruplaşması bazar günü Pakistanın Kvetta şəhərinin Hazarganji bölgəsində Şiə Həzara vətəndaşlarına qarşı silahlı hücumun məsuliyyətini öz üzərinə götürərək rəsmi bəyanat yayıb.

İŞİD rəsmi xəbər kanallarında hücumu "xilafət döyüşçülərinin əməliyyatı" kimi təsvir edib və bu hücumun hədəfini "Rafizilər" olduğunu bildirib!

İrana uduzan ABŞ və sionist rejiminə bağlı olan İŞİD terrorçu qruplaşması bəyanatında silahlı hücumçularda bir neçə "Rafiləri" hədəf aldığını iddia edib.

Qeyd edək ki, bu hücum Əfqanıstanın Herat şəhərində Şiələrə qarşı törədilən qırğından cəmi iki gün sonra baş verib və Həzarələrə eləcə də şiələrə qarşı hədəfli hücumların artması ilə bağlı narahatlıqlar yaradıb.

Həzarəngi ərazisi (meyvə-tərəvəz bazarı) dəfələrlə ən qanlı hücumların bəzilərinə, o cümlədən İŞİD tərəfindən 2019-cu ildə törədilən və onlarla insanın ölümünə səbəb olan partlayışa səhnə olub.

Xatırladaq ki, Ləşkər-e-Cənqvi, Pakistan Talibanı və Xorasan İŞİD-i kimi terrorçu qruplar son illərdə intihar hücumları, hədəfə alınan atışmalar və pusqular nəticəsində yüzlərlə Həzara Şiəsini öldürüblər.

Sizin rəyiniz

You are replying to: .
captcha