Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist media ötən saatlar ərzində Hayfa, Bər əs-Səbəə, Nəqəb və Dimona şəhərlərinin bir neçə İran raketi ilə hədəf alındığı xəbəri verib.
Məlumatlara əsasən, 450 kiloqramlıq döyüş başlığı daşıyan İran raketi Hayfa şəhərində beşmərtəbəli binanı xarabalığa çevirdi. Raketin düşdüyü ərazinin beşyüz metr radiusunda məntəqədəki binalara ciddi xəsarətlər dəyib və xeyli sayda binlar yararsız hala gəlib.
Mənbələrin bildirdiyinə görə, yəhudilərin 4 qatlı hava hücumundan müdafiə sistemləri isə bu hücumların qarşısını almaqda uğursuz olub.
ABNA Xəbər Agentliyi
Sizin rəyiniz