Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 96‑cı dalğa əməliyyatında sionist rejimin qırıcılarına yanacaq təmin edən neft emalı zavodunun, Eksan qaz obyektlərinin, eləcə də ABŞ silahlı qüvvələrinin yanacaq istehsalı üçün istifadə olunan BƏƏ, Bəhreyn və Küveytdəki obyektlərin hədəfə alındığını bildirərək vurğulayıb ki, əgər mülki hədəflərə hücum təkrarlanarsa, 96‑cı dalğanın ikinci mərhələsi daha sarsıdıcı şəkildə icra olunacaq.
SEPAH 2026, 5 aprel tarixində yayılan bəyanatında bildirib: Düşmən ABŞ-sionistin Kərəc B‑1 körpüsünə və Mahşəhr petro-kimya sənayesinə endirdiyi hücumun ardından, xüsusi hərbi hədəflərlə yanaşı, bu açıq təcavüzə cavab olaraq “Doğru vəd 4” əməliyyatının 96‑cı dalğasında “Ya Rüqəyyə (s)” şifrəsi ilə, şəhid olmuş bütün qız uşaqlarına ithaf edilən cavab əməliyyatı gündəmə alındı. SEPAH‑ın dəniz və aero‑kosmik qüvvələrinin birgə əməliyyatı nəticəsində bu təcavüzə verilən cavabın birinci mərhələsi bu gün səhərə qədər aşağıdakı şəkildə həyata keçirildi:
1.Sionist rejimin qırıcılarına yanacaq təmin edən Hayfa neft emalı zavoduna ağır hücum nəticəsində obyektin əsas bölmələri dağıdıldı;
2. BƏƏ‑nin Həbşan bölgəsində yerləşən ABŞ şirkətləri İksan, Mobil və Şivron‑a məxsus qaz obyektlərinə hücum;
3. BƏƏ‑nin əl-Ruvis bölgəsində ABŞ‑yə məxsus, ABŞ silahlı qüvvələrinin yanacaq materiallarını və sionist rejimin hərbi məhsullarını istehsal edən petro-kimya obyektinə raket hücumu və genişmiqyaslı yanğın;
4. Bəhreynin Sitrə bölgəsində ABŞ‑yə məxsus petro-kimya obyektinə ağır PUA hücumu nəticəsində geniş yanğın və obyektin mühüm hissələrinin məhv edilməsi. Bu obyekt ABŞ ordusunun neft məhsullarına tələbatında böyük rol oynayırdı.
5. Küveytdə ABŞ‑yə məxsus Şueybə petro-kimya obyektinə hücum nəticəsində çox geniş yanğın və obyektin tam fəaliyyət dayanması.
Bəyanatda əlavə edilir: Düşmən təhlükəsizlik, dəniz və quru sahələrində məğlub olmuş, hava sahəsində də ardıcıl PUA və uçuş aparatlarının məhv edilməsi ilə ifşa olunmuşdur. Buna görə öz məğlubiyyətlərini ört‑basdır etmək üçün mülki obyektləri hədəfə almağa üz tutub. Onlar bilməlidirlər ki, İranın mülki infrastrukturlarına təcavüzün cavabı olaraq bu gün baş verənlər yalnız cavabın birinci mərhələsidir. Mülki hədəflərə davam edən hücumlar Hayfa, Həbşan, ər-Ruves, Sitra və Şueybənin yandırılmasına özləri səbəb olmuşlar. İran əvvəldən elan etmişdi ki, hər bir mülki hədəfə təcavüz düşmənin bölgədəki maraqlarına ikiqat cavabla qarşılanacaq.
SEPAH bəyanatında vurğulayıb: Əgər mülki hədəflərə hücum təkrar olunsa, əməliyyatın ikinci mərhələsi daha geniş və daha sarsıdıcı olacaq. Düşmənin bu istiqamətdə israrı onun ziyan və itkilərini ikiqat artıracaq. Bundan əlavə, yaxın gələcəkdə təcavüzkarların vurduğu bütün zərərlər mütləq onlardan geri alınacaq və ABŞ vergi ödəyiciləri bu qanunsuz hücumların xərclərini ödəməyə məcbur qalacaqlar.
Sizin rəyiniz