28 mart 2026 - 16:24
Source: IRNA
İsrail ordusu Hizbullah ilə döyüşlərdə görünməmiş itkiləri etiraf etdi

“Yediot Aharonot” qəzeti öz hesabatında Hizbullahın sionist rejimə qarşı həyata keçirdiyi əməliyyatların görünməmiş səviyyədə artdığını bildirib və bu əməliyyatların sayının 95-ə çatdığını qeyd edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın Hizbullah hərəkatı sərhəd bölgələrində eyni vaxtda həm İsrail ordusunun qüvvələri ilə toqquşur və həm də bu rejimin binaları və həssas məntəqələrinə raketlər atır. Nəticədə İsrail ordusunun xüsusi təyinatlı əsgərlərinə böyük itkilər yetirilib.

İsrailin “Yediot Aharonot” qəzetinə istinadən bildirilir ki, İsrail ordusu ötən gün Hizbullah qüvvələri ilə baş verən toqquşmalar barədə hesabat yayıb və burada həm xüsusi təyinatlı, həm də adi hərbçiləri arasında itkilərin olduğunu qeyd edib. İsrail ordusunun itkiləri etiraf etməsinə baxmayaraq, məlumatlarda geniş senzura əlamətləri və itkilərin əsas səbəblərinin gizlədildiyi müşahidə olunur.

“Yediot Aharonot” qəzeti öz hesabatında Hizbullahın sionist rejimə qarşı həyata keçirdiyi əməliyyatların görünməmiş səviyyədə artdığını bildirib və bu əməliyyatların sayının 95-ə çatdığını qeyd edib.

Sionist rejimin ordusu yaydığı bəyanatda bildirib ki, ötən gecə (çərşənbə) Culani briqadasının xüsusi təyinatlı bölməsinin üzvü Yuri Qrinberq Hizbullah qüvvələri ilə yaxın məsafədə, üzbəüz döyüş zamanı öldürülüb. Həmçinin həmin xüsusi təyinatlı bölmənin daha dörd hərbçisi ağır yaralanıb və onların vəziyyətinin kritik olduğu bildirilib. Onların yaralanmasının səbəbi Hizbullah qüvvələri tərəfindən atılan minaatan mərmisinin dəyməsi olub. İsrail ordusu qeyd edib ki, bu əsgərlər Hizbullah qüvvələrinin qurduğu tələyə düşərək qəfil hücuma məruz qalıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha