Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Cümhuriyyətinin Dövlət Heyəti, ABŞ və sionist rejimin müştərəjk hücumu nəticəsində İslam İnqilabının Rəhbəri həzrəti Ayətullah Xameneinin Şəhadətə yetməsi ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:
سَیعلَمُ الّذینَ ظَلَموا أَی مُنقَلَبٍ ینقَلِبونَ
Ey şərafətli və başıuca İran Xalqı!
Tam təəssüf və hüznlə bildiririk ki, cinayətkar Amerika dövlətinin və mənhus sionist rejiminin müştərək təşkil etdikləri vəhşicəsinə hücumu nəticəsində İman, Cihad və Müqavimətin nümunəsi olan İslam İnqilabının Ali Rəhbəri Həzrəti Ayətullah Xamenei Böyük Şəhadət Məqamına nail oldular. O, Ruhullah Xomeyninin saleh xələfi olaraq 37 il dahiyanə rəhbərlik sükkanının idarə etdi, İslam Cəbhəsinin Ələmdarı oldu, dillər əzbəri olan şüvaəti və dərin imanı ilə İslam Tarixində yeni bir hökmdarlıq fəsli yaratdı və tarix yaradan mübarək həyatının son anına kimi küfr, tağut və təkəbbürlü qüdrətlər qarşısında İslam Ümmətinin Rəhbərliyini layiqincə öhdəsinə götürdü.
Başı uca Şəhid Ayətullah Uzma Xamenei çağdaş əsrimizdə fədəkarlığın və müqavimətin nümunəsi, dünya Azadələrinin, mücahidlərinin və müstəzəflərin zehnində “Sadiq vədlərin İmamı, ümid və iqtidar İmamı” idi. Onun adı, “Böyük Xomeyni”nin adı ilə birlikdə əbədi olaraq dünya xalqlarının qəlbində cavidan və əbədi qalacaqdır.
Bu Əzəmətli Şəxsiyyətin ən Bariz Xüsusiyyətlərindən Onun günün elminə əhatəsi, ağıllı, hikmətli olması, uzaqgörənliyi, pak imanlı, əməlində saf və ixlaslı, polad iradəli, öz dediklərinə, əməllərinə və hədəfinə dərin yəqinli, misli olmayan şücatli, geniş dini savada malik olması, lətif və pak ruha malik olması, Mütəal Pərvərdigarına ümidli və etimadlı olması idi ki, bütün bunlar dünyanın siyasi rəhbərlərində çox az tapılandır.
İran İslam Cümhuriyyətinin Dövlət Heyəti, bu böyük itkini Həzrəti Bəqiyyətullah Əzəm, İmam Zaman Ağaya (Allah Təala Şərəfli Zühurunu Tezləşdirsin), şərəfli İran Xalqına, Böyük İslam Ümmətinə və bütün dünya Azadələrinə təsliyyət ərz edir və İran Xalqı ilə həmdərd olduğunu bildirməklə yanaşı 40 gün ümumi əza və 7 gün tətil olmasını elan edir.
Bu böyük cinayət heç zaman cavabsız qalmayacaq, İslam və Şiə Dünyasının tarixində yeni səhifə açacaqdır. Bu Ali məqamlı Seyyidin qanı aşıb-daşan çeşmə kimi elə cuşa gələcək ki, Amerika və sionist rejimin bütün cinayətlərinə və zülmlərinə son qoyacaq, kökünü kəsəcəkdir. Bu dəfə də tam var qüdrət, İslam Ümətinin, dünya Azadələrinin yardımları ilə bu böyük cinayətin əmr verənlərini və bu əmrə əməl edənləri peşiman edəcəyik.
Bizim Əziz İranımız Allahın Nüsrət və Yardımı ilə bu çətin keçidi yekdelliklə, başı ucalıqla ötüb arxada qoyacaq. Həqiqətən Allah Əzzə Və Cəll zalım düşmənlərin pusqusunda durmuş, məzlum və möminlərin imdadına yetişəndir.
Sizin rəyiniz