Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr şöbəsi, Amerikanın MST döyüş dəstək gəmisinin SEPAH Hərbi Dəniz Qüvvələrinin raketləri tərəfindən ağır şəkildə vurulduğunu xəbər verdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr şöbəsi şənbə günü axşam saatlarında bildirdi: "Amerikanın MST döyüş dəstək gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin raketləri ilə ağır zərbəyə məruz qalıb."
SEPAH İctimaiyyətlə Əlaqələr şöbəsi vurğuladı: "Hücumların davamında Amerika ordusunun digər dəniz resursları da SEPAH-ın raket və pilotsuz uçuş aparatlarının (PUA) hədəf diapazonunda olacaq."
Sizin rəyiniz