24 yanvar 2026 - 16:52
Source: IRNA
İranın Atom Enerjisi Təşkilatının strategiyası nüvə texnologiyasının müxtəlif sahələrdə inkişaf etdirməsidir

Məhəmməd İslami: Atom Enerjisi Təşkilatının strategiyası nüvə texnologiyasının müxtəlif sahələrdə inkişafıdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, ölkənin Ali Rəhbər tərəfindən də vurğulanan əsas strategiyasının sülhyönlü nüvə texnologiyasının müxtəlif sahələrə daxil edilməsi olduğunu bildirərık deyib: O, "açıq qapılar" və "açıq texnologiya" siyasətinin bu istiqamətdə həlledici rol oynadığını vurğulayaraq, bunun elmi potensialdan istifadə və sənayedə problemlərin həlli üçün zəruri olduğunu bildirib.

Vitse-prezident sözünün davamında İrana qarşı təzyiqlərin artması və düşmənin qəzəbi, onların bizim inkişafımızın qarşısını ala bilməməsini qeyd edərək deyib: Biz 2041-ci il hədəfləri üçün proqram əsaslı işləyirik. Bu hədəflərə əsasən, ölkənin elektrik təchizatında atom enerjisinin payı 21%-ə çatmalıdır. Bunun üçün 2050-ci ilədək mövcud nüvə elektrik stansiyalarının sayını üç dəfə artırmaq bir məqsəd deyil, artıq qəbul edilmiş bir vəzifədir. Bizim bundan yayınmaq və gecikmələrə yol vermək haqqımız yoxdur.

İslami bu genişlənmə proqramının köklərinin 1979-cu il İslam İnqilabından əvvələ aid olduğunu, lakin o zaman dayandırıldığını və xarici tərəflərin əməkdaşlıqdan imtina etdiyini qeyd edib. O, bunu "ölkənin ciddi ehtiyacı" adlandıraraq, enerji təlabatını əsas gətirib.

İranın nüvə proqramına görə "layihələrin gedişatının çox yaxşı olduğunu" və 2041-ci ilə qədər bu hədəflərə çatmağa ümid etdiklərini bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha