16 yanvar 2026 - 21:04
Source: IRNA
İİR Müdafiə naziri, ABŞ və bəzi qərb ölkələrinin xüsusi xidmət orqanlarının son hadisələrdəki planlarını ifşa etdi

İİR Müdafiə naziri, ABŞ və bəzi qərb ölkələrinin xüsusi xidmət orqanlarının son hadisələrdəki planlarını ifşa etdi

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri deyib: ABŞ və bəzi qərb ölkələrinin xüsusi xidmət orqanları ilə keçirilən bir görüşdə, hər bir nəfərin öldürülməsinə 500 milyon, hər bir avtomobilin yandırılmasının 200 milyon, polis idarələrinin yandırılmasına isə 80 milyon tümən və eləcə hər hansı bir zərərverici hərəkətə görə isə 15 milyon tümən pul ayrıldığı bildirib.

General Əziz Nəsirzadə, ötən gün (15 yanvar 2026-cı il) Tehranda yerləşən xarici hərbi təmsilçilərlə görüşdə deyib: Beynəlxalq arenada baş verən sürətli dəyişikliklər, təkqütbli rejimdən çoxqütbli rejimə dəyişməsi ABŞ-nin hegemonluğunun zəifləməsinin göstəricisidir.

General Nəsirzadə, sionist rejim və ABŞ-nin iğtişaş, tətilat və etiraz modelini seçməsi və terrorçu qrupların daxil edilməsi, onlara dəstək göstərməklə əsaslı zərbə vurmağa başladılar və bu barədə öz müsahibələrində də bildirdiklərini qeyd edərək, əlavə edib: Belə daxili qarışıqlıq modeli bütün məsələlərə təsir etdi və düşmən terrorçuları dəstəkləməklə öz istəklərini İran xalqına qəbul etdirməyə çalışdı.

Sizin rəyiniz

You are replying to: .
captcha