Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira telefon danışığı apararaq ikitərəfli münasibətlər və beynəlxalq proseslər barədə fikir mübadiləsi ediblər.
Danışıq zamanı tərəflər ikitərəfli əlaqələri nəzərdən keçirib, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın və münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Əraqçi, Avropanın üç ölkəsi tərəfindən irəli sürülmüş bu qeyri-qanuni addıma qarşı çıxmaları üçün Qubernatorlar Heyəti Şurasının bütün üzv dövlətlərinə çağırış edib.
Sizin rəyiniz