Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Şəbəkəsi Fələstin mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və HƏMAS-ın yüksək vəzifəli üzvü Xəlil Əl-Həyyah arasında çərşənbə günü keçiriləcək görüş ləğv edilib.
Çərşənbə günü Fələstin mənbələri Əl-Məyadin qəzetinə görüşün bu gün Türkiyədə keçirilməsi planlaşdırıldığını, lakin İsrail rejiminin təzyiqi səbəbindən ləğv edildiyini bildiriblər.
Qeyd edək ki, Uitkoff, Trampın müşaviri Cared Kuşnerlə birlikdə, 9 oktyabrda Misirdə atəşkəs sazişinin imzalanmasından əvvəl Əl-Həyyahın rəhbərlik etdiyi HƏMAS danışıqlar qrupu ilə görüşmüşdü.
Sizin rəyiniz