Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 15 mərtəbəli bina qədər hündür olan yeni heykəl, geniş bir düzənliyin ortasında, "bu ərazi sakinlərinin Fatima Anaya olan sədaqətini ehtiramla xatırlamaq" üçün ucalır.
Məlumata görə, bu heykəl Nyu-Yorkdakı Azadlıq Heykəlindən və Rio-de-Janeyrodakı Xilaskar Məsih heykəlindən daha hündürdür.
Heykəlin tamamlanması bir il beş ay çəkib və 30-dan çox nəfərdən ibarət bir qrup bu əsərin ərsəyə gəlişində iştirak edib. Eyni zamanda, ətrafında zəvvarlar üçün xidmətlərlə təchiz olunmuş yeni bir mehrab da tikilib.
“Bizim Fatimə Xanım” adı, Portuqaliyanın Fatima şəhərində O, Həzrətin təcəllisini müşahidə edənlər tərəfindən O Xanıma verilən tituldur.
Fatimə, Portuqaliyanın Lissabon şəhərindən 142 km şimalda yerləşən bir kənd və rayondur. Şəhər dünyanın ən vacib katolik ziyarətgahlarından biri olmaqla məşhurdur və İsa Məsihin anası Məryəm Anaya məxsusdur.
Hər il bu məkan, dünyanın hər yerindən dua etmək, şəfa diləmək və ruhlarını təmizləmək üçün gələn milyonlarla zəvvar və turisti qəbul edir. Mövzu bir hekayədən və böyük bir möcüzənin baş verməsindən, “Our Lady of the Rosary” yəni "Təsbehçi Xanımımız" kimi tanınan nurlu bir xanım, üç çoban uşağının gözü qarşısında zühur edir və onlarla danışır.

Həzrəti Fatima Ananı (səlamullahi əleyha) görən həmin o üç çopan uşaqlar
Tarixə görə, 1917-ci ildə və bir neçə ay ərzində bu uşaqlar "Bizim Xanımımız Fatima"-nın Məryəm Ananın zühurunun şahidi olublar. Xanımın sonuncu müşahidə olunması möcüzə ilə baş verib və ən azı 60-70 min insan O, Həzrəti müxtəlif formalarda gördüyünü bildiriblər. Bu hadisə, Xristian və Katolik dünyasında "Günəşin Rəqs Etdiyi Gün" kimi tanınan bir möcüzə ilə müşayiət olunan hadisədir. Hadisədən dər hal sonra Katolik kilsəsi və Vatikan tərəfindən adını Fatima deyən, əlində təsbih tutmuş bu nurlu xanımın həzrət Məryəm Ana olduğu gündəmə gətizdirilib.
Sizin rəyiniz