Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin Xəbər Agentliyinin məlumatına görə, BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələləri Komitəsi Şərqi Qüds də daxil olmaqla, yəhudilər tərəfindən işğal olunmuş ərazilərdəki təbii sərvətləri üzərində Fələstin xalqının daimi suverenliyini vurğulayan qətnamə qəbul edib. Qətnamədə sionist rejimi bu sərvətlərin istismarına və talan edilməsinə son qoymağa çağırılır.
Qətnamə 77-lər Qrupu və Çinin təşəbbüsü ilə təklif edilib və Avropa Birliyinin bütün üzv dövlətləri və Kanadanın müsbət səsləri də daxil olmaqla 152 səs lehinə böyük səs çoxluğu ilə qəbul edildi.
Əksinə, ABŞ, Niue, Mikroneziya, Papua Yeni Qvineya, Palau, Paraqvay, Argentina və sionist rejimi də daxil olmaqla yalnız 8 ölkə buna qarşı çıxmış, digər 12 ölkə isə bitərəf qalmışdır.
Qətnamədə həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli məsləhət rəyinə istinad edilir və bu rəydə sionist rejimin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş ərazilərdəki siyasətinin və davamlı mövcudluğunun qanunsuz olduğu bildirilir.
Qətnamədə eləcə də xatırladılır ki, 2004-cü ildə Beynəlxalq Ədalət Məhkəməsi də sionist rejimin işğal olunmuş Fələstin ərazilərində ayırıcı divarın tikintisini qanunsuz elan etmiş və bunu ayrı-seçkilik aktı və beynəlxalq hüququn pozulması hesab etmişdir.
Sizin rəyiniz