Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Milan prokurorları 1993-1995-ci illər arasında Bosniya müharibəsi zamanı dəhşətli Sarayevo mühasirəsində müsəlman mülki şəxsləri öldürmək üçün pul ödəməkdə ittiham olunan bir qrup italyan və digər millətlərdən olan şəxslər haqqında istintaqa başlayıblar. İstintaq Bosniya müharibəsinin bitməsindən təxminən 30 il sonra bir daha bu müsəlman avropa şəhərinin mühasirəsinin dəhşətini bir daha mediaya çatdırıb.
İş, keçmiş Sarayevo meri Benyamin Kariçin italyan jurnalistlə əlaqə saxlamasından və jurnalistin onu əməliyyatlarda iştirak edən insanlara yönləndirməsindən sonra ortaya çıxıb.
Jurnalist Ezio Qavanezzi istintaqa başlayıb və iş Milan prokurorluğuna göndərilib. Onun araşdırması sloveniyalı rejissor Miran Zupaniçin 2022-ci ildə çəkilmiş "Sarayevo Safari" adlı sənədli filminə əsaslanır.
Sənədli filmdə turistlərin Sarayevo ətrafındakı yəhudi və xristan serb mövqelərindən mühasirəyə alınmış müsəlmanların şəhərinə atəş açmaq üçün on minlərlə avro ödədikləri göstərilir.
Bu "insan safarisi"nin iştirakçıları əsasən varlı sağçı tərəfdarlar olub və bəzi məlumatlara görə, onlar uşaqları hədəf almaq üçün 100.000 avroya qədər pul ödəyiblər. Müsəlman körpələri öldürmək üçün təşkil olunab bu ölüm turlarş İtaliyanın Triest şəhərindən Sarayevo ətrafındakı təpələrə qədər baş tutub və həftəsonu, cümə günündən bazar gününə qədər davam edib.
Milan prokurorluğu bildirib ki, "dəhşətli motivlərlə və ifrat zorakılıqla qəsdən törədilmiş qətl" üzrə istintaq davam edir və bir neçə nəfər şahid kimi müəyyən edilib. İtalyanlar istintaqın diqqət mərkəzində qalır, lakin digər avropalıların da iştirak etməsi ehtimalı var.
Xatırladaq ki, Sarayevonun dörd illik mühasirəsi zamanı təxminən 1500 uşaq olmaqla 10.000-dən çox müsəlman mülki şəxs vəhşicəsinə qətlə yetrilib. Şəhər yəhudi və xristian serb qüvvələri tərəfindən mühasirəyə alınmışdı, ağır bombardman edilir və gülləbaran olunurdu, "snayper xiyabanları" kimi tanınan küçələr, sakinlərə qorxu və dəhşət yaşadırdı.
Sizin rəyiniz