Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qatarın Əl-Cəzirə xəbər agentliyinin Əl-İxbariyaya istinadən verdiyi məlumata görə, Suriyada özünü prezident elan edən vəhhabi terrorçu Qolaninin daxili təhlükəsizlik qüvvələri ilə ölkənin keçmiş prezidenti Bəşşar Əsədin bir qrup tərəfdarı arasında Latakiya ətrafındakı Cəblə şəhəri yaxınlığında toqquşmaların baş verdiyini bildirib.
Bu toqquşmalarda Qolani daxili təhlükəsizlik qüvvələrinin üç üzvünün yaralandığı açıqlanıb.
Əl-İxbariya həmçinin Tartus yaxınlığında Şeyx Bədr ərazisində Bəşşar Əsədin 13 tərəfdarının həbs olunduğunu iddia edib.
Sizin rəyiniz