1 noyabr 2025 - 19:29
Nobel Sülh Mükafatı Laureatı: Venesuelaya hücum edin

Binyamin Netanyahu və Donald Trampla isti münasibətləri olan Machado, Nikolas Maduronu Venesuela prezidentliyindən uzaqlaşdırmağın yeganə yolunun hərbi əməliyyatlar olduğunu söylədi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata əsasən, bu ilki Nobel Sülh Mükafatını aldıqdan bir ay keçməmiş Venesuela müxalifətçisi Maria Corina Machado ölkəsinin prezidentini hərbi zərbə ilə devirməyə çağırdı.

Binyamin Netanyahu və Donald Trampla isti münasibətləri olan Machado, Nikolas Maduronu Venesuela prezidentliyindən uzaqlaşdırmağın yeganə yolunun hərbi əməliyyatlar olduğunu söylədi.

O, Amerikanın Bloomberg kanalına verdiyi açıqlamada "Baş verən təzyiq və eskalasiyanın artması Maduronu getməyin (hakimiyyətdən istefa verməyin) vaxtının çatdığını anlamağa məcbur etməyin yeganə yoludur" dedi.

Bu, ABŞ-ın Venesuela sahilləri yaxınlığındakı hərbi zərbələrinin gücləndiyi və medianın Venesuela ərazisinə hücum ehtimalı barədə məlumat verdiyi bir vaxtda deyildi.

"Miami Herald" qəzeti dünən gecə məlumatlı mənbələrə istinadən ABŞ-ın yaxın saatlarda və ya günlərdə Venesuela ərazisindəki hədəflərə hava zərbələri endirə biləcəyini bildirdi.

Sizin rəyiniz

You are replying to: .
captcha