Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru bildirib ki, Rusiya İranın nüvə məsələsinin həllinə kömək göstərməkdə çox mühüm rol oynaya bilər.
Rafael Qrossi bu fikri Sputnik agentliyinin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin həllinin asanlaşdırılmasında oynaya biləcəyi rol barədə sualına cavabında səsləndirib.
O, bu sahədə Rusiyanın mövqeyini “çox mühüm” kimi dəyərləndirərək deyib: “Bu, Rusiya Prezidenti Vladimir Putinlə, eləcə də xarici işlər naziri və ‘Rosatom’ şirkətinin baş direktoru, həmçinin Müdafiə Nazirliyinin nümayəndələri ilə müzakirə etməkdən şərəf duyduğum bir məsələdir.”
Sizin rəyiniz