Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu -Sepahın İctimaiyyətlə Əlaqələr Departamenti Fəhrac şəhərindəki nəzarət məntəqəsində 3 hüquq-mühafizə orqanı əməkdaşı və bir mülki şəxsin şəhid olduğunu açıqlayıb.
Dünən gecə Zahedan-Fəhrac yolunun Fəhrac şəhərinin girişindəki nəzarət məntəqəsində silahlı ünsürlər ilə hüquq-mühafizə qüvvələri arasında baş verən toqquşmada 3 hüquq-mühafizə orqanı əməkdaşı və bir mülki şəxs şəhid olub.
Məsələ İran İslam Respublikasının təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Sizin rəyiniz