Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimində çap olunan Haaretz qəzeti dərc etdiyi bir məqalədə "Qəzzadakı soyqırımın nəticələrinin mədəniyyət və akademik baxımdan İsrailə qoyduğu təsirinin davam etdiyini" və hərbi əməliyyatların dayandırılmasına və iqtisadi fəaliyyətlərin nisbi olaraq geri qayıtmasına baxmayaraq, Qəzzadakı soyqırımın sionist rejimi üçün nəticələrinin hələ də bitmədiyini vurğulayıb.
Hesabata görə, mədəni və akademik boykotlar hələ də qüvvədədir və Təl-Əviv üçün birbaşa təhdid hesab olunur. Soyqırıma etiraz edən ölkələrin Avroviziya Mahnı Müsabiqəsini boykot etməsi sionist dairələrdə şoka səbəb olub.
Qəzet sionist rejimində daxili parçalanmalara işarə edərək, İsrailin daxilində insanların müharibənin bitdiyini düşündüyünü, lakin müharibənin xaricində Qəzzanın diqqət mərkəzində olduğunu vurğulayıb.
Haaretz əlavə edib ki, İrlandiya Yayım Korporasiyası Qəzzada baş verən insan tələfatı, humanitar böhran və jurnalistlərin hədəfə alınması səbəbindən Avroviziyadan çıxıb. Dünyanın hər yerindən mindən çox yazıçı və ədəbiyyat xadimi İsrail mədəniyyət müəssisələrini boykot elan edib.
Hesabatda əlavə edilib ki, İsrail musiqisinin qadağan edilməsi, aktyorların və rejissorların sionist rejimin film boykot kampaniyalarına qoşulması üçün beynəlxalq təşəbbüslər davam edir, İsrail universitetləri isə tədqiqatların dərc edilməsindən imtina etmək və onları konfranslara dəvət etməmək də daxil olmaqla, Avropanın açıq və gizli sanksiyaları ilə üzləşir.
Hesabata görə, daha dərin təhlükə yumşaq gücün aşınmasında, elmi innovasiya və əməkdaşlığa təhdiddə və işğal olunmuş ərazilərdən beyin axınının sürətləndirilməsi ehtimalındadır.
Sizin rəyiniz