18 dekabr 2025 - 19:45
Source: IRNA
Tel-Əviv Şokda:  Hənzələ haker qrupu sionist rejimin sabiq baş nazirinin hesablarını ələ keçirdi

İsrailin sabiq baş nazirinin hesablarının genişmiqyaslı haker hücumu; Tel-Əviv təhlükəsizlik şokunda

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin sabiq baş naziri mobil telefonunun və şəxsi “Telegram” hesabının “Hənzələ” haker qrupu tərəfindən ələ keçirildiyini təsdiqləyib.

İşğalçı sionist rejim təhlükəsizlik qurumlarının bildirdiyinə görə, bu hadisə yüksək vəzifəli şəxslərin kiber mühafizəsində ciddi uğursuzluq hesab olunur.

Sionist rejimin “Kanal 12” televiziya şəbəkəsi xəbər verib ki, “Hənzələ” haker qrupunun sionist rejimin sabiq baş naziri Naftali Bennettin mobil telefonuna uğurla nüfuz etdiyini elan etməsindən sonra, onun ofisi ötən gecə (çərşənbə) “Telegram” hesabına genişmiqyaslı haker hücumunu və hakerlərin onun mesajları və şəxsi məzmununa çıxış əldə etdiyini təsdiqləyib.

Bennett bu kiberhücumu “virtual məkanda siyasi sui-qəsd cəhdi” kimi xarakterizə edib və yayımlanan məlumatların bir hissəsinin “saxta” olduğunu, psixoloji əməliyyat məqsədilə manipulyasiya edildiyini iddia edib.

Sizin rəyiniz

You are replying to: .
captcha