1 noyabr 2025 - 19:07
Venesuela rəsmisi: Hücum olarsa, ABŞ-a qarşı dayanacağıq

Venesuela rabitə və informasiya nazirinin müavini, həmçinin bu ölkənin prezidenti Nikolas Maduronun İsrail rejiminin İranın televiziya binasına hücumu zamanı studiyanı tərk etməyərək efirini davam etdirən iranlı aparıcı Səhər İmamini təqdir edərək bildirib: Bu media nümayəndəsinin addımı bir millətin həqiqətini müdafiə etmək cəsarətidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər agentliyinin verdiyi məlumata görə, Venesuela Bolivar Respublikasının rabitə və informasiya nazirinin müavini Yuxanil Rodriqes İran İslam Respublikasının 12 günlük müharibədəki müqavimətini yüksək qiymətləndirib.

Yuxanil Rodriqes bildirib: Əgər Amerika Birləşmiş Ştatları ölkəmizə hücum edərsə, biz də bu ölkəyə qarşı dayanacağıq.

O, Moskvada keçirilən üçüncü Beynəlxalq “Saxta xəbərlər haqqında dialoq” forumunda çıxışı zamanı müharibələr dövründə media birliklərinin rolunun əhəmiyyətini vurğulayaraq bildirib: Bəlkə də bu birliklər müharibələrin qarşısını almaqda çətinlik çəkə bilərlər, lakin ən azı bir millətin ləyaqətini müdafiə edə bilərlər.

Venesuela rabitə və informasiya nazirinin müavini, həmçinin bu ölkənin prezidenti Nikolas Maduronun İsrail rejiminin İranın televiziya binasına hücumu zamanı studiyanı tərk etməyərək efirini davam etdirən iranlı aparıcı Səhər İmamini təqdir edərək bildirib: Bu media nümayəndəsinin addımı bir millətin həqiqətini müdafiə etmək cəsarətidir.

Rodriqes əlavə edib: Əgər bir gün İsrail və ABŞ Venesuelaya hücum edərsə, şübhəsiz ki, bizim media qurumlarımız da hədəfə alına bilər.

O vurğulayıb: Belə bir vəziyyətdə biz media və informasiya sahəsində özümüzü yaxşı şəkildə toparlayacağıq baş verən həqiqətləri dünya ictimaiyyətinə çatdıraq.

Sizin rəyiniz

You are replying to: .
captcha