1 noyabr 2025 - 18:20
Ekvador: Qalapaqos adalarında ABŞ hərbi bazası yaradılmayacaq

Sakit Okeanda, Ekvadordan 1000 kilometr qərbdə yerləşən on üç böyük adadan ibarət arxipelaq olan Qalapaqos adaları dünyanın ən yaxşı qorunan dəniz qoruqlarından biridir və təbii laboratoriya hesab olunur.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi xəbərə görə, Ekvador ictimaiyyətinin öz ərazisində xarici bazaların yaradılmasına həssaslığı və hərbi infrastrukturun qəbul edilməsinə qarşı xəbərdarlıqları fonunda Ekvador prezidenti Qalapaqos adalarında ABŞ hərbi bazasının yaradılmasının istisna edildiyini açıqladı.

Teleamazonas televiziya kanalına verdiyi müsahibədə Nobua bildirib ki, bu məsələ artıq ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem ilə müzakirə olunub və o, gələn həftə cəmi üç ay ərzində ikinci dəfə Ekvadora səfər edəcək.

Sakit Okeanda, Ekvadordan 1000 kilometr qərbdə yerləşən on üç böyük adadan ibarət arxipelaq olan Qalapaqos adaları dünyanın ən yaxşı qorunan dəniz qoruqlarından biridir və təbii laboratoriya hesab olunur.

Sizin rəyiniz

You are replying to: .
captcha