Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çinin İrandakı səfiri İRNA müxbirinin “Siz birtərəfliliyə qarşı çıxmaqdan danışdınız və həm İran, həm də Çin ABŞ-ın birtərəfli siyasətləri ilə üz-üzədir. ABŞ-ın Çin və İrana qarşı iqtisadi təzyiqləri ilə bağlı Pekinin mövqeyi nədir və bu təhdidlərə qarşı hansı addımlar, istər birtərəfli, istərsə də çoxtərəfli şəkildə, gündəmdədir?” sualına cavab verərkən bildirib:
“Əgər bugünkü beynəlxalq ictimaiyyətə baxsaq, görərik ki, birtərəfli siyasət meyilləri güclənib və iqtisadi qloballaşma bu meyillərlə ziddiyyətlidir.”
Diplomat əlavə edib ki, “bəzi ölkələr, o cümlədən ABŞ, təkcə divarlar tikməklə kifayətlənmir, həm də beynəlxalq ticarətə ciddi zərbə vururlar. Lakin Çin hələ də iqtisadi qloballaşmanı dəstəkləyir və onun davamına inanır.”
Çin tərəfinin mövqeyinə toxunan səfir vurğulayıb ki, “bu dünya bərabər və nizamlı çoxqütblülüyə, həmçinin iqtisadi qloballaşmanın dərinləşməsinə ehtiyac duyur. Buna görə də Çin tərəfi iqtisadi qloballaşmanı qəti şəkildə dəstəkləyir və açıq qapı doktrinası əsasında öz proqramlarını həyata keçirməkdə israrlıdır.”
Sizin rəyiniz