27 oktyabr 2025 - 20:09
İşğalçı rejim Livanın cənubunda sülhməramlı qüvvələri hədəfə aldı

İsrail Livanın cənubunda sülhməramlı qüvvələri hədəfə alıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Livanın cənub sərhədlərində gərginliyin artması və İsrail rejiminin bu bölgədə BMT-nin müvəqqəti sülhməramlı qüvvələrini (UNIFIL) bölgədən çıxarmaq cəhdləri fonunda, xəbər mənbələri bildiriblər ki, İsrail ordusu UNIFIL patrul qüvvələrini pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Məlumata görə, sionist hərbçilər UNIFIL qüvvələrinə qarşı PUA hücumu həyata keçiriblər və bir neçə dəqiqə sonra İsrailə məxsus tank həmin istiqamətə atəş açıb. Lakin İsrail ordusu bu iddiaları təkzib edərək bildirib ki, sülhməramlılara qarşı heç bir birbaşa atəş açılmayıb.

UNIFIL bu hadisəni pisləyib və onu BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin, eləcə də Livanın suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Sizin rəyiniz

You are replying to: .
captcha