Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Hisam Bədran şənbə günü bildirib ki, müqavimət qruplarının Qahirədə keçirdiyi görüşün məqsədi Şarm əş-Şeyx razılaşmasının icrası ilə bağlı addımları davam etdirməkdir.
Bədran “Qahirə əl-Əxbariyyə” telekanalına müsahibəsində deyib: “Biz Qahirədəyik ki, HƏMAS və digər Fələstin qruplarının bu razılaşmanın müddəalarının həyata keçirilməsindəki qətiyyətini bir daha sübut edək.”
O qeyd edib: Bu danışıqlar mərhələsinin əsas fərqi çox sayda fələstinli qrupun iştirakıdır. Biz müxtəlif qruplarla görüşlər keçirdik və hamı yekdilliklə hesab edir ki, bu razılaşmanın icrası Fələstin xalqının, xüsusilə də Qəzza zolağının maraqlarına xidmət edir, – deyə o əlavə edib.
Sionist rejim isə HƏMAS-ın atəşkəsə sadiq qalmasına baxmayaraq, bu razılaşmaya əməl etmir və humanitar yardımların, xüsusilə də dərman vasitələrinin Qəzza zolağına daxil olmasına mane olur.
Sizin rəyiniz