27 oktyabr 2025 - 20:36
Azərbaycandan Avropa ravvinlərinin konfransının keçirilməsinə etirazlar səngimir \ Doğu Perinçək ləğvini istəyib

Doğu Perinçək Azərbaycandan Avropa ravvinlərinin konfransının ləğvini istəyib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Türkiyənin “Vətən” partiyasının sədri Doğu Perinçək Azərbaycan hökumətinə və Prezident Administrasiyasına ünvanladığı məktubda Bakıda “Avropa ravvinlərinin konfransı”nın keçirilməməsini xahiş edib.

Perinçək məktubunda bildirib ki, 2025-ci ilin 4–6 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bu tədbirdə yüzlərlə ravvin bir araya gələrək “İbrahim sazişi” və antisionist hərəkatlara qarşı fəaliyyətlər barədə müzakirələr aparacaq.

O qeyd edib ki, indiyədək heç bir müsəlman və türk ölkəsində belə bir konfrans təşkil olunmayıb və onun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi Qərbi Asiya və Qafqaz bölgəsində, eləcə də qonşu ölkələrdə təhdidlərin artmasına səbəb ola bilər. Perinçəkin sözlərinə görə, bu cür tədbir Türk və İslam dünyasında birliyə də zərbə vura bilər.

Doğu Perinçək vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə ABŞ və İsrailin cəbhəsində yer almır. O, əlavə edib ki, belə bir konfransın qardaş Azərbaycan ərazisində keçirilməsi gələcəkdə tarixdə “nəhs bir ləkə” kimi qalacaq.

Sonda Perinçək qeyd edib ki, Azərbaycanın və Türkiyənin müstəqilliyinin, təhlükəsizliyinin və gələcəyinin qorunması naminə bu konfransın keçirilməsindən imtina edilməlidir.

Sizin rəyiniz

You are replying to: .
captcha