Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, “Israel Hayom” qəzeti xəbər verir ki, faşist İsrail rejim rəsmiləri Qəzza müharibəsində atəşkəs razılaşmasını pozmağa yönələn addımlarını davam etdirərək, Rəfəh sərhəd-keçid məntəqəsinin açılmasına və humanitar yardımların razılaşma çərçivəsində Qəzzaya daxil olmasına mane olacaqlarını bildiriblər.
Sionist rejimə bağlı olan bu nəşriyyat bir sionist rejim rəsmisinə istinadla belə yazıb: “Biz bəzi malların girişini gecikdirmək və Rəfəh keçid məntəqəsinin açılmasına imkan verməmək qərarına gəldik ki, HƏMAS-ın əsirlərin cəsədlərini təhvil verməsini yubatmamasını təmin edək.”
Bununla yanaşı, ABŞ vitse-prezidenti Cey Di Vens yəhudi və yevangilistlərin işğal etdikləri Fələstin ərazilərində İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əsirlərin cəsədlərinin axtarışı və tapılması üçün daha çox vaxta ehtiyac var və İsrail tərəfi bu məsələdə səbirli olmalıdır.
Sizin rəyiniz