21 oktyabr 2025 - 14:10
Çin Avstraliyaya sərt xəbərdarlıq etdi

Çin ordusunun rəsmisi Avstraliyaya məxsus P-8A hərbi təyyarəsinin hava məkanını pozmasından sonra Avstraliyaya qanun pozuntularını və təxribat xarakterli hərəkətlərini dərhal dayandırması barədə xəbərdarlıq edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çin ordusunun sözçüsü bazar ertəsi elan edib ki, Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığı Şishaqundao üzərində Çin hava məkanına qanunsuz daxil olan Avstraliyaya məxsus P-8A hərbi təyyarəsini ölkədən çıxarıb.

Sözçü Avstraliyanın hərəkətlərinin Çinin suverenliyini ciddi şəkildə pozduğunu, dəniz və hava qəzaları üçün böyük risk yaratdığını vurğulayıb.

Li Jianjian bu barədə deyib: “Biz Avstraliyaya xəbərdarlıq edirik ki, öz qanun pozuntularını və təxribatçı hərəkətlərini dərhal dayandırsın. Ordumuz daim yüksək döyüş hazırlığında olacaq, milli suverenliyi və təhlükəsizliyi, eləcə də regional sülh və sabitliyi qətiyyətlə qoruyacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha