Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qüds Xəbər Agentliyinin məlumatına görə, sionist rejim turistlərinin müxtəlif ölkələrdə hüzur tapmaları və onların qeyri-qanuni davranışları bütün dünya hökumətləri üçün həmişə problem olub.
Tayland da bu qaydadan istisna deyil və sionistlərin bu ölkədə olması adətən qeyri-qanuni və cinayətkar davranışlarla müşayiət olunur ki, bu da polisin reaksiyasına səbəb olur.
Məsələn, təkcə ötən həftə Taylandda 9 sionist turist dörd cinayət hadisəsi ilə bağlı müxtəlif ittihamlarla həbs edilib.
Koh Samui adasında iki sionist turistdə saxta dollar aşkar etdikdən sonra həbs ediliblər.
Pattaya bölgəsində sionist turist yerli məbəddən pul oğurladıqdan sonra polis tərəfindən həbs edilib.
Daha üç sionist keçən həftə Koh Phanqan adasında lisenziyasız otel, suvenir köşkləri və mağazalar işlətdiklərinə görə həbs ediliblər.
Eyni bölgədə daha üç sionist narkotik istifadə edərək səs-küylü və qeyri-qanuni gecə şənliyi keçirmək ittihamı ilə həbs edilib.
Sizin rəyiniz