19 oktyabr 2025 - 19:08
Tramp: Qəzzaya qoşun göndərməyəcəyik; Mən Kiyev üçün risk etməyəcəyəm

ABŞ prezidenti müsahibəsində elan edib: Qəzzəyə qoşun göndərməyəcəyik, bunun üçün heç bir səbəb yoxdur.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Prezidenti Donald Tramp bazar günü Fox News telekanalına verdiyi müsahibədə Qəzzanın məzlum xalqına qarşı davakar siyasətini davam etdirərək deyib: “Söz verirəm Həmas tərksilah olunacaq, onlar söz verdilər!”

ABŞ prezidenti daha sonra iddia etdi: “Lazım olsa, istər mən, istər Amerika, istərsə də bizim dəstəyimizlə İsrail kimi bir proksi, bu işi edəcək! Qəzzəyə qoşun yeritməyəcəyik, bunun üçün heç bir səbəb yoxdur.”

Qeyd edək ki, Trampın bu sayıqlamaları, Fələstin Müqaviməti Həmasın son günlər tərksilahla bağlı hər hansı razılaşmanı rədd etdiyi bir vaxtda baş verir.

Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı isə belə deyib: “Putin Ukraynadan nəsə (əraziləri) almağa çalışır. Biz bütün silahlarımızı Ukraynaya verə bilmərik. Biz bunu edə bilmərik. Mən Ukrayna prezidentinə yaxşı münasibət bəsləmişəm.”

O, daha sonra əlavə edib: “Mən bunu etmək (silah göndərmək) və Amerikanı (Ukrayna üçün) riskə atmaq istəmirəm.”

Sizin rəyiniz

You are replying to: .
captcha