Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyin verdiyi məlumata görə, Milli Məclisin sədr müavini Həmid Rza Hacıbabayi, Beynəlxalq Parlamentlərarası İttifaqın ümumdünya toplantısında iştirak etmək üçün Cenevrədə səfərdə olarkən bildirib: Heç bir atəşkəs və ya müvəqqəti razılaşma ədalətin unudulması və cinayətkarların məsuliyyətdən azad edilməsi demək olmamalıdır.
O qeyd edib: Beynəlxalq ictimaiyyət Qəzzada törədilən müharibə cinayətləri və soyqırımlarda iştirak edən, onlara göstəriş verən və bu əmrləri icra edən şəxsləri tanıyıb, ədalət qarşısında cavab vermələrini təmin etməlidir.
Hacıbabayi vurğulayıb: Parlamentlərarası İttifaqın və İslam Ölkələri Parlamentlər Birliyinin əsas məqsədlərindən biri sülhü təmin etmək və münaqişələri dialoq, əməkdaşlıq və parlament diplomatiyası vasitəsilə dinc yolla həll etməkdir.
O əlavə edib: Bu gün biz böyük bir sınaq qarşısındayıq — Qəzzada davam edən humanitar fəlakət qarşısında həm insan vicdanı, həm də beynəlxalq sistemin ədalətə sadiqliyi sınağa çəkilir.
Sizin rəyiniz