Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şahab Xəbər Agentliyinin məlumatına görə, xəbər mənbələri İordan çayının qərb sahilindəki bir kənddə zeytun yığan fələstinli qadına gəlmə cühüdlərin vəhşicəsinə hücumu barədə məlumat verib.
Gəlmə cühüdlərin hücumlarının şiddəti səbəbindən yaşlı fələstinli qadın Umm Saleh Əbu Əliyənin beyin qanaması keçirdiyini və reanimasiya şöbəsinə köçürüldüyü bildirilir.
Qeyd edək ki, faşist İsrail ordusu da şənbə günü səhər saatlarında Ramallahın şimalındakı Kobar kəndində zeytun biçmək üçün tarlalarına çatmağa çalışan fələstinli fermerlərə atəş açıb.
Fələstin mənbələri işğalçı ordunun şəhərin qərbində, xüsusilə Qanater və Daak bölgələrində əkinçilərin torpaqlarına çatmasına mane olduğunu, onlara atəş açdığını, lakin xəsarət alan olmadığını bildirib.
Bu qaynaqlar, hər il zeytun biçini mövsümündə Fələstin torpaqlarının məskunlaşanlar və İsrail ordusunun hücumlarına məruz qaldığını, hücumlara məruz qalan fermerlərin torpaqlarına çatmasının qarşısını aldığını bildiriblər.
Divar və Qəsəbəsalma Müqavimət Komissiyasının məlumatlarına görə, iki il ərzində gəlmə cühüdlər Qərb Şəriyədə fələstinlilərə və onların mülklərinə qarşı 7154 hücum həyata keçirib və nəticədə 33 vətəndaş şəhid olub.
Eyni mənbəyə görə, faşist İsrail ordusu və gəlmə cühüdlərin hücumları nəticəsində 37 237 zeytun ağacı da daxil olmaqla ümumilikdə 48 728 ağac kökündən qoparılıb, məhv edilib və zədələnib.
Sizin rəyiniz