Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti cənab Doktor Məsud Pezeşkiyan “Müharibə Əleyhinə Fəalları”nın keçirtdikləri iclasında Doyumsuz ölkələrin hər bir təcavüz və cinayəti törətdiyini və bu təcavüz və cinayətlərə qarşı özünü müdafiə edən hr bir kəsi və əməli terror kimi qələmə verdiyini bildirərək deyib: “İran sülh və əmin-amanlıq istəyir, lakin heç vaxt zorbalığa boyun əyməyəcək. Digər tərəfdən, hər hansı sanksiyaların qaytarılması xoşagəlməz olsa da, bu, yolun sonu deyil və biz buna təslim olmaq fikrində deyilik.”
Prezident daha sonra “zorakılıq dili davam etdikcə, dialoq imkanı mümkün olmayacaq” deyərək deyib: “İran heç bir şəkildə nüvə silahı ardınca olmayıb və bunu istəmir. Biz dialoqdan üz döndərmirik, lakin dialoq zorakılığın qarşısını almaqla və bərabər mövqedən çıxış etməklə məna kəsb edir.”
Pezeşkian vurğulayıb: “Sionist rejimin Qətərə hücumu, xüsusilə atəşkəs təklifinin müzakirəsi üçün keçirilən iclasa hücumu göstərdi ki, bu rejim heç bir qırmızı xətt və fundamental insan haqlarına əməl etmir.”
Sizin rəyiniz