22 sentyabr 2025 - 15:50
Source: IRNA
İslami: İran və Rusiya arasında yeni atom elektrik stansiyalarının tikintisinə dair saziş imzalanacaq

Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd İslami elan edib: İran İslam Respublikası və Rusiya Federasiyası yaxın günlərdə yeni atom elektrik stansiyalarının tikintisinə dair saziş imzalayacaq.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Atom Enerjisi Təşkilatının vitse-prezidenti və rəhbəri Məhəmməd İslami elan edib: İran İslam Respublikası və Rusiya Federasiyası yaxın günlərdə yeni atom elektrik stansiyalarının tikintisinə dair saziş imzalayacaq.

İki ölkə hökumətləri arasında bağlanmış müqavilədə Rusiya tərəfindən 8 AES-in tikintisi nəzərdə tutulur ki, onlardan 4-ü Buşəhrdədir və razılaşmaya görə, İran növbəti elektrik stansiyalarının tikintisini Rusiya tərəfinə elan etməli idi.

Bu müqavilənin ikinci hissəsinin həyata keçirilməsi üçün tələb olunan danışıqlar və araşdırmalar aparılıb, elektrik stansiyalarının tikiləcəyi ərazilər seçilib, hazırlanıb və təchiz edilib.

Atom Enerjisi Təşkilatının rəhbəri deyib: Əvvəllər bu atom elektrik stansiyalarının tikinti sahələrinə səfərlər həyata keçirilib, müqavilə danışıqları aparılıb və bu həftə imzalanacaq müqavilə ilə avtomatik olaraq layihələndirmə, mühəndislik və tamamlayıcı tədbirlərin irəliləyişi üçün operativ addım atılacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha